Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib.
Medicina.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib.
Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub.
Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını təsdiqləyib.(oxu.az)