Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər Xəstəlikləri İnstitutu boşaldılır - Vərəmli xəstələr hara gedəcək?

  • 2020.06.23 21:51
  • 3717 Baxış
Ağciyər Xəstəlikləri İnstitutu boşaldılır  -  Vərəmli xəstələr hara gedəcək?


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.

Medicina.az xəbər verir ki, artıq vərəm xəstələri institutdan köçürülür. Sputnik Azərbaycan-ın əldə etdiyi bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır: "Xəstələrimiz də digər bu xəstələr üçün nəzərdə tutumuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək".