Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər xərçənginin simptomu dizlərdə görünə bilər

  • 2023.01.13 14:55
  • 2563 Baxış
Ağciyər xərçənginin simptomu dizlərdə  görünə bilər

Aşağı ətraflarda və diz oynaqlarında bəzi simptomlar digər orqanlarda onkoloji xəstəlikdən xəbər verə bilər.

Bakupost.az xəbər verir ki, onkoloq Andrey Vorobyev şişin sinovial toxumaya keçdiyinin əlamətlərini açıqlayıb

“Ağciyər xərçəngi daha çox nikotin və siqaret tüstüsündən qaynaqlanır, amma tütün çəkməyənlərdə də yaranır. Təəssüf ki, ağciyərdə şiş ilk simptomlarını gizlədir və müalicəsi də ümidverici olmur.

Dİzlərdə ağrı artıq şişin metastazlaşdığını və birləşdirici toxumaya keçdiyini göstərir. Dizlərdə ağrı ağciyər xərçənginin nadir ağırlaşması ola bilər. Bu əlamətlər xəstəliyin 3-4-cü mərhələsində büruzə verir.

Ağciyər xəstəliyində metastazlar adətən baş, limfa düyünləri, qaraciyər, böyrəklərə yayıldığı kimi hətta oynaq və dizlərə kimi gəlib çata bilər.

Karsinomada ilk olaraq metastaz sinovial toxumaya keçir, bu da diz oynaqlarında özünü göstərir.

Bu zaman dizlərdə keçməyən ağrı, şişkinlik, zəiflik, dizi qatlamaqda çətinlik yaranır. Xəstələr bu ağrını səhv salaraq, revmatoloq, travmatoloqa gedir. MRT zamanı metastazlar görünür”.

Aygün Musayeva