Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər xərçəngini bəlğəmlə aşkar etməyin üsulu tapıldı

  • 2023.05.04 17:45
  • 1635 Baxış
Ağciyər xərçəngini bəlğəmlə aşkar etməyin    üsulu tapıldı
Elmi araşdırmalar sübut edib ki, bəlğəmdə ağciyərlərdə bədxassəli şişlərin olmasını göstərən müəyyən bakteriyalar var.


“Medicina” məlumatına görə, Rusiyanın Kemerovo Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, gələcəkdə bu məlumatlar həkimlərə xərçəngi erkən mərhələdə aşkar etməyə imkan verəcək.


Biologiya elmləri doktoru Vladimir Drujininin sözlərinə görə, hətta 20 il əvvəl hesab olunurdu ki, ağciyərlər ümumiyyətlə sterildir və onlarda heç bir bakteriya yoxdur.

“Yeni nəsil sıralama (YNS) metodundan istifadə edərək, ağciyər xərçəngi xəstələrinin tənəffüs yollarında çox rast gəlinən və sağlam insanlarda az rast gəlinən bakteriya növləri müəyyən edilib. Eyni üsul risk qruplarından olan insanlara, məsələn, siqaret çəkənlərdə analizlərə tətbiq oluna bilər”.

Hazırda ekspertlər onkologiyanın inkişafında bakteriyaların rolunu təsdiqləyən daha etibarlı faktlar əldə etmək üçün tədqiqatlar aparmağa davam edirlər.

Alimlər həmçinin təkcə bəlğəmin deyil, ağciyər toxumasının da nümunələrini öyrənməyi planlaşdırır. Bu, şiş mikrobiomunu daha dəqiq müəyyən etməyə imkan verəcək.

Günay Quluzadə