Yaponiyada yetişən aktinidia arquta meyvəsinin tərkibində olan izokersetin birləşməsinin ağciyər şişinin əmələ gəlməsinin qarşısını almsı sübut edilib.
"Medicina" xəbər verir ki, Okayama Universitetinin tədqiqatçıları izokersetin verilən siçanlarda şişlərin 25,4 faiz azaldığını, 9 siçandan 5-də isə şişin meydana gəlmədiyini müəyyən ediblər.
İzokersetin bir çox meyvə və tərəvəzdə olan və onlara rəng verən birləşmələr (təbii flavonoidlər) kimi müəyyən edilir.
Alimlər bu meyvəni bir çox xəstəliklər riskinin azalmasında faydalı bilir. COVID-19 pandemiyasında xəstəliyin qarşısının alınmasında da bu molekulun rolu ilə bağlı xəbərlər çox eşidildi.
Ağciyər xərçəngi dünyada xərçəngdən ən çox ölüm səbəbi kimi tanınır. Dünyada ağciyər xərçəngi kişilər arasında 1-ci yer, qadınlar arasında isə 3-cü yer alan xərçəng növüdür.
2018-ci ildə dünyada bu xəstəliyə 2 milyona yaxın insan tutulub və 1,7 milyon insanın öldüyü təxmin edilir. Bu xəstəlik üçün tütün və tütün məmulatlarının istehlakı ən mühüm risk faktorlarından biridir.