Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər Xərçəngi Barədə Bilməli Olduğunuz GERÇƏKLƏR

  • 2022.12.08 15:24
  • 7201 Baxış
Ağciyər Xərçəngi Barədə Bilməli Olduğunuz    GERÇƏKLƏR

Ağciyər xərçəngi ağciyərlədə anormal hüceyrələrin nəzarətsiz özbaşına çoxalması ilə bağlı yaranır.

Daha çox yaşlanma, ağciyərlərin fərqli xəstəlikləri və siqaret çəkmək səbəbindən olur.

Sonradan xərçəng şişləri yen ə də çoxalaraq digər orqanlara metastaz verir.

Türkiyədə aparılan bir tədqiqatda 100 min kişidən 75-I, 100 min qadının 10-u ağciyər xərçənginə tutulur.
Bakupost.az xəstəliyin risk faktorları və əlamətlərini araşdırıb.

Ağciyərlərlə nəfəs aldığımız üçün havadakı hər maddə, tüstü onu zədələyə bilir.
Siqaret, qəlyan ağciyər xərçənginin 90% səbəbidir.

Gündə 7 ədəddən çox siqaret içən insanlarda ağciyər şişi riski 40 dəfə artar.

Kimlərdə ağciyər xərçəngi riski var?

- Ailə, nəsildə genetic ağciyər xərçəngi olması
- Çirkli hava və ekoloji şərtlərdə yaşamaq
- Radiasiya müalicəsinin aparılması
- Bəzi xəstəliklər, pnevmoniyadan sonra ağciyər toxumasında qalan izlər, çapıqlar
- Radon qazı təsiri
- Uran təsiri
- Bəzi xroniki xəstəliklər
-

Ağciyər xərçənginin əlamətləri hansılardır?

- Öskürək
- Kürəkdə, sinədə ağrılar
- Bəlğəm rəngində dəyişiklik
- Qanlı tüpürcək
- Nəfəs darlığı
- Səsdə dəyişiklik
- Udmada çətinlik

- Boyun və üzdə şişkinlik
- Göz qapaqlarının düşməsi
- Xışıltılı nəfəs
- İştahsızlıq
- Çəki itirmə
- Əzələ əriməsi
- Yorğunluq, halsızlıq

Ağciyər xərçənginin tipləri 2 cür olur.

Böyümə sürəti və yayılmasına görə fərqlənir

Kiçik hüceyrəli ağciyər xərçəngi və kiçik hüceyrəli dışı xərçəngi

Ağciyər xərçəngi diaqnozu necə qoyulur?

- Həkimin fiziki, əyani müayinəsi
- Ağciyər rentgeni
- KT və MRT
- Bronxoskopiya
- Mediastinoskopi
- Qan analizləri

Şişlərin yaxınlıqdakı limfa düyünlərinə yayılıb yayılmaması da yoxlanılır.

Ağciyər xərçənginin dərəcələri

1-ci dərəcədə - heç bir limfa keçməyib, metastaz yox, şiş kiçik bir hissədədir.
II dərəcə - yaxın limfa düyünlərinə keçib və şiş bir az böyükdür

III dərəcə - uzaq limfa düyünləri və ağciyər zəri, diafraqmaya yayılmışdır

IV dərəcə - şiş uzaq orqanlara metastaz vermişdir, hətta sümüyə keçib

Ağciyər xərçəngi müalicəsi

Ağciyər xərçəngi müalicəsində birinci Əməliyyat, kimyaterapiya, radioterapiya, eləcə də immunoterapiya və ağıllı dərman tətbiqi ola bilər.

1,2,3-cü dərəcələrdə əməliyyat xüsusilə vacibdir. Şiş olan pay ya hissəvi, ya tamam və ya bütün ağciyər payı çıxarıla bilər.

Radioterapiyada yüksək enerjili X işıq xərçəng hüceyrələrinin yox edilməsi və şişin kiçildilməsi üçün tətbiq olunur.
Kimya müalicə xəstədə normal hüceyrələrə zərər vermədən şişin böyüyüb çoxalmasını durdurmağa yönəlib.

Ağciyər xərçənginin skrininq müayinə 50 yaş üzəri kişilərdə, eləcə də ildə 30dan çox qutu siqaret çəkənlərdə, gündə 20 ədəd və daha çox siqaret çəkənlərdə ildə bir dəfə ağciyər müayinəsindən keçməlidir.

Ağciyər xərçəngindən qorunmaq üçün nələr etməliyik?

Bu xəstəlik qarşısı alına bilən xəstəlikdir.

Tütün və tütün məmulatlatından uzaq durmalı, siqaret, qəlyan, electron siqaret çəkirsizsə, tərgitməlisiz.

RAdiasiya mənbəyi olan KT və digər müayinələrin tez-tez lazım olmadıqca istifadə olunmaması lazımdır.

Zərərli qaz, maddə, radonla işləyənlərdə maska istifadəsi və qorunma vacibdir.

Aygün Musayeva
BakuPost