Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər institutunda daha iki xəstə öldü - MÜƏMMA

  • 2020.06.05 15:53
  • 1681 Baxış
Ağciyər institutunda daha iki xəstə öldü  - MÜƏMMA


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölümü qeydə alınıb.

Medicina.az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də daxil olub.

Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir.