Ağcaqanadlar sancacaqları adamı xüsusi seçir.
"Medicina" xəbər verir ki, alimlər onların hansı qrup insanlara hücum etdiyini müəyyən edib.
Ağcaqanadları cəlb edən həmin insanların spesifik bədən, tər qoxusudur. Bu qoxunu isə genetika təyin edir.
Rokfeller universitetinin alimlərini ağcaqanadların qanını sovuracaq qurbanı necə seçməsi maraqlandırıb.
Məlum olub ki, onları insan dərisinin ifraz etdiyi təbii turşuların qoxusu olur.
Bu qoxu və maddə isə hər orqanizmdə ifraz olmur.
Kimyəvi analizlər göstərib ki, burda rolunu genetika oynayır.
Bu elmi kəşf böyük əhəmiyyət daşıyır, belə ki, ağcaqanadlara qarşı yeni dərmanlar kəşfinə dəstək ola bilər.
Aygün Musayeva