Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağcaqanadlar koronavirusu yaya bilərmi?

  • 2020.06.27 15:18
  • 2792 Baxış
Ağcaqanadlar koronavirusu yaya bilərmi?

Bu günə qədər dünyada milçək və ağcaqanad vasitəsilə COVID-19-a yoluxma faktı aşkarlanmayıb.

Medicina. az xəbər verir ki, bu barədə türk professor Gülbüz Sezgin danışıb.

Professor bildirib ki, SARS-CoV-2 yoluxan şəxsin öskürək, asqırıq, burun seliyi və bu kimi hərəkətləri zamanı başqalarına keçir, sağlam insana isə burun, göz, ağız vasitəsilə yoluxur: “Koronavirusun milçək və ağcaqanaddan insana yoluxması üçün əvvəlcə onun özünün virus qapması, onu tüpürcəyində və bağırsağında çoxaltması lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Ağcaqanadlara Nəzarət Birliyi də ağcaqanadların COVID-19 daşıyıcısı olmadığını qəbul edir. Bunun səbəbi isə virusun hələ onlara yoluxmamasıdır”.


Qeyd edək ki, milçək və ağcaqanad bu günədək malyariya, sarı qızdırma, denqe qızdırması, Zika, Qərbi Nil virusu kimi epidemiyaların yayılmasının başlıca səbəbkarları olub. Təkcə 1 ildə dünyada 100-400 milyon insan ağcaqanadlar vasitəsilə ölümcül denqe qızdırmasına yoluxur.