Yay aylarının ən böyük dərdlərindən biri də ağcaqanadlardır. İstilərin gəlişi ilə peyda olan ağcaqanadların dişlədiyi yerlər qaşıntı və qızartı ilə müşahidə edilir. Qaşıntının altında bəzən eqzema, yetərsiz qidalanma, allergiya, qurdeşənək kimi problem də ola bilir.
Medicina.az xəbər verir ki, türkiyəli məşhur dermatoloq Yeliz Ərdəmoğlu yay aylarında qaşınma problemi ilə həkimə müraciət edən xəstələrin sayının artdığını deyib.
O, qaşıntının dəri quruluğu, allergiya, eqzama, göbələk, daxili xəstəliklər və ya psixoloji problemlərə qədər bir çox səbəbi olduğunu bildirib: "Bir çox səbəb nəticəsində mərkəzi sinir sistemindən çıxan periferik sinir sistemi vasitəsilə dəridə qaşınma hissi başlayır.
Qaşıntı beyində serotonin hormonu ifraz edərək fərdi rahatlatmaqla birlikdə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda və bu vəziyyət dözülməz hala çevrilə bilər.
Qaşıntı səbəbini araşdırarkən, xəstənin izahatları diaqnoz üçün əhəmiyyətli ipucları verir. Diaqnoz qoyularkən qaşıntının gecə və ya gündüz şiddəti, xəstənin arıqlaması və ya psixoloji vəziyyəti kimi bir çox faktor nəzərə alınmalıdır. Həşərat dişləməsi kiçik nahiyədə meydana gəlsə də, qaşıdıqca artır".
Qaşıntını azaldan bəzi üsullar:
• Sancılan nahiyəni ilıq su ilə yuyub nəmləndirici çəkin.
• Çox isti su ilə duş qəbul etməyin.
• Dəri təmizliyində kisə və lifdən uzaq olun.
• Odekolon və nəmləndirici salfet kimi kimyəvi maddələrin yaraya təmas etməsindən qaçın.
• Sintetik paltarlar geyinməyin.
• Paltarları yuyarkən yumşaldıcı istifadə edin, iki dəfə durulayın.
• Otaq temperaturu və nəm balansına diqqət edin.
• Stressi idarə etməyə çalışın.
• Gündə ən az 5-6 stəkan su için.
• Sağlam qidalanın, xüsusilə A, D, E, K vitaminləri ehtiva edən tərəvəz və göyərtilərə üstünlük verin
Ayna Məmmədova
Medicina.az