Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Agcaqanad sancmasından qadının ürəyi 4 dəqiqəlik dayandı – FOTO

  • 2019.08.28 15:54
  • 7287 Baxış
Agcaqanad sancmasından qadının ürəyi 4 dəqiqəlik dayandı –  FOTO
Ağcanad dişləməsindən qanın mikrobla zəhərlənməsi səbəbindən 25 yaşlı qadında sepsis baş verib və onun ürəyi 4 dəqiqə dayanıb. 


Medicina.az xəbər verir ki, İngiltərədə Kim Robinson adlı gənc qadın təbiətdə ovcunun üst tərəfindən agcaqanadın dişləməsindən ağrını hiss edib, amma önəm verməyib.


Səhəri həmin damar üstünə düşən nahiyə şişib, qızarıb.


Gündən günə iltihab artmış, Robinson halsız düşür və yerişi çətinləşir. Artıq 2 dəfə huşunu itirəndən sonra qadın xəstəxanaya müraciət edir.

Orda streptokokk bakteriyaları ilə kəskin fasçit infeksiyası diaqnozu qoyulur və həkimlər təcili əməliyyat qərarı verir. 


Əməliyyat zamanı xəstənin ağciyərləri ağırlaşır və onun ürəyi dayanır. Həkimlər dərhal süni koma vəziyyəti yaradılır. 

5 gün komadan ayılan xəstə təqvimə baxdıqda şoka düşür, bu qədər müddət onun heç nədən xəbəri olmayıb.


Reabilitasiya müddətində qadına danışmaq və yeriməyi öyrədirlər. "Bütün bu dəhşətləri yaşamağıma bir ağcaqanadın səbəb olmasına inanmıram. Təəssüf edirəm ki, həkimə vaxtında müraciət etmədim”