Alimlər yayda daha çox müşahidə edilən ağcaqanadın koronavirusu yayma riskini yoxlayıblar.
"Nature" jurnalında yer alan məqalədə qeyd edilir ki, həşaratlarda virus özlüyündən meydana çıxa bilməz. Hətta onlar daha öncədən viruslu insanı sancsalar belə.
Bu yolla da ağcaqanad dişləməsi ilə virusun ötürülməsinin mümkün olmadığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı da bu fikirlərlə razıdır.
Xatırladaq ki, dünyada COVİD-19 daşıyıcılarının sayı 14 milyonu ötüb. Virus təmas yolu ilə insandan-insana yoluxur.