Primoryedə ağacdan yıxılan yeniyetmənin böyrəyi parçalanıb.
“Medicina” xəbər verir ki, Primorskinin həkimləri oynayarkən ağacdan yıxılan böyrəyi cırılmış 11 yaşlı uşağı xilas ediblər.
Düşdükdən sonra uşaq bel nahiyəsində şiddətli ağrılardan şikayət etməyə başladı. Qan təzyiqi aşağı olan yeniyetmə ağır vəziyyətdə Naxodka Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər uşağın beyninin, döş qəfəsinin və qarın boşluğunun orqanlarının tomoqrafiyasını aparıblar. Məlum olub ki, zərərçəkənin böyük daxili qanaxması və böyrəyinin xeyli zədələnməsi var. Həkimlər qanaxmanı dayandıra, hematomu çıxara və nəticədə böyrəyin zədələnməmiş sahəsini xilas edə biliblər.
Bir neçə gündən sonra o, vertolyotla Ərazi Təbabəti Mərkəzindən Vladivostokdakı 1 saylı Regional Uşaq Klinik Xəstəxanasına aparılıb
İlk bir neçə gün ərzində gənc xəstə gecə-gündüz mütəxəssislərin nəzarəti altında olub. Hazırda onun vəziyyəti stabildir.
Aygün Musayeva