Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağ saçlarını rəngləmək istədi başı nağara boyda şişdi

  • 2024.08.07 21:58
  • 1902 Baxış
Ağ saçlarını rəngləmək istədi    başı nağara boyda şişdi
Rayan Briqqs anasının ağ saçlarını qaraya boyadığını görəndə, erkən ağarmış saçlarını gizlətmək fikrinə düşdü.


“Medicina” xəbər verir ki, 27 yaşlı kişi boyanı birbaşa baş dərisinə test etmədən çəkdikdən sonra dərisinin yandığını, göynədiyini hiss edir.


O, heç nədən şübhələnməyərək başını yuyub yatıb, oyananda isə başında, alnında səpkilər çıxdığını görüb.

İşə gedən Rayanın gün ərzində üzünün və başının şişiyini görən dostları onu xəstəxanaya çatdırıb.

Ona dərman yazıb evə göndəriblər, lakin səhəri kişinin başı o qədər şişib ki, gözünün biri artıq görməyib.

Ona saç boyasında olan parafenilendaminə allergiya diaqnozu qoyulub.
Nəhəng ödemi azaltmq üçün 10 gün vaxt və 25 tablet dərman lazım olub.


“Mütləq istənilən kimyəvi maddədən istifadədən öncə test edin, şiş çəkilib,Ş amma saç diblərində sarı, qırmızı ləkələr qalıb. Başım o dərəcədə şişmişdi ki, sevgilim mənə baxa bilmirdi”.

Aygün Musayeva