Yaşlandıqca saçların ağarması nəzərəçarpacaq dərəcədə artır. Bu, qocalma mərhələlərindən təbii hissələrindən biridir.
Ancaq bəzən genetik faktorlara görə saçlar erkən yaşda ağarır. Bu zaman ağ saçlardan xilas olmaq üçün müxtəlif kimyəvi vasitələrdən istifadə etmək əvəzinə təbii üsulları sınaqdan keçirmək olar.
Məsələn, məşhur tibb alimi İbn Sinanın keçmişdən günümüzə qədər gəlib çatan resepti ağ saçlardan qurtulmağınıza kömək edə bilər. Min il əvvəl yazılmış resept saçların boyaya ehtiyac duymadan ağarmasının qarşısını alır.
İbn Sina 3 yağla bu problemin qarşısını ala biləcəyinizi deyib. Söhbət qara batbat yağı, keçibuynuzu yağı və qaraçörəkotu yağından gedir.
Batbat yağı: Bu yağ saçların ağarmasının qarşısını alır. Həmçinin yeni saçların çıxmasına səbəb olur.
Keçibuynuzu yağı: Tərkibindəki antioksidant maddələrə görə parlaq və güclü saçlar vəd edir.
Qaraçörəkotu yağı: Saçların qırılmasının qarşısını alır və saçları nəmləndirir. Baş dərisindəki qaşınma problemlərinin həllidir. Kəpəyi yox edir. Həm də saçlara parlaqlıq effekti verir.
Bu 3 yağın bütün faydalarından yararlanmaq üçün onları qarışdırıb həftədə 1 dəfə saçlara maska kimi tətbiq etmək lazımdır.
Aysel