Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağ düyünün orqanizm üçün faydası varmı? – Dietoloq

  • 2022.11.16 15:12
  • 2830 Baxış
Ağ düyünün orqanizm üçün faydası varmı?  – Dietoloq

Ağ düyünün zərərlərindən çox danışılsa da, onun faydası da var.

“Medicina” xəbər verir ki, marqansla zəngin olan ağ düyü sümükləri möhkəmlədə bilir.

Diyetoloq Loren Manaker düyüyə layiq olduğu qiymət verilmədiyini və son zamanlar qadağan olunmasının bəzən əsassız olduğunu bildirib.

“Baxmayaraq ki, düyü qanda şəkəri kəskin qaldırır, amma onu düzgün yedikdə, xeyli faydası var.
Düyüdə çoxlu vitamin, mikroelement, B qrup vitamini, selen, sink var.

Sümüklərimizin möhkəmliyi üçün ona marqans lazımdır, o isə ağ düyüdə var. Düyü fol turşusu var ki, bu da qanazlığında vacibdir.

Düyünü bir qədər soyudub yeyin. Bişmiş düyü bir qədər soyuducuda qalanda onun nişastası bağırsağa probiotik kimi təsir edir, bu da immun sistemi üçün vacibdir”.

Aygün Musayeva