Son zamanlar alimlər, həkimlər rasiondan ağ çörək və un məmulatlarını çıxarmağı tövsiyə edir.
“Medicina” xəbər verir ki, həki Yekaterina Kuzina un məmulatlarına aşırı istəkdən necə xilas olmağın yolunu açıqlayıb.
“Ağ un məmulatlarında olan sadə karbohidrat yeyilən kimi ani sürətlə həzm olunur və yüksək qlikemik indeksi var.
Bu qida orqanizmə artıq yükdür və artıq çəkiyə səbəb olur.
Hansı karbohidratlardan qorxmaq lazımdır?
Undan tam imtina etməyə dəyməz, çünki onda da faydalı maddələr var.
Faydalı çörəkdən insan B qrup vitaminlər əldə edir.
Antioksidant vitamin E də çörəkdədir.
Ən yaxşısı kəpəkli undan istifadə edin. Ağ çörəyi qurudub suxarı halında yeyə bilərsiz.
Mayasız ev çörəyi əsl vitamin bombasıdır.
Ağ çörəkdən də zərərli qidalar - şirniyyat, bulkalar, yağlı, şəkərli bişmələr, cem və mürəbbə, şirin yoqurtlardır.
Onlarda əlavə qatqılar da var. Fruktoza isə bütün damar sisteminə zərərlidir”.
Aygün Musayeva