Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir:
“Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir müddət sonra evə buraxılmış, müalicəsi evdə davam etdirilmişdi.