Cənubi Afrikada meydana çıxan “Omikron” ştammı HİV-ə yoluxmuş şəxsdə əmələ gələ bilərdi.
Medicina.az xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Engelqardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov deyib.
“Belə xəstələrdə yeni variantlar daha tez-tez görünür”, - deyə ekspert qeyd edib.
Çumakov izah edib ki, immuniteti zəif olan orqanizm koronavirusun mutasiyaya uğraması üçün münbit “rezervuardır”. Sonra bu şəxs başqalarını virusun artıq dəyişdirilmiş versiyası ilə yoluxdurur.