Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Afrikada yeni təhlükəli qızdırma yayılır

  • 2021.12.20 14:39
  • 2395 Baxış
Afrikada yeni təhlükəli qızdırma yayılır

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada ölümcül ola bilən Lassa qızdırması səbəbindən son bir ildə 80 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi açıqlamaya görə, ölkəni əhatə edən epidemiya ilin əvəlindən bu yana 17 ştata yayılıb.

Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırmasına ilk dəfə Nigeriyada rast gəlinib.

Hələ ötən il Nigeriya hökuməti Lassa qızdırması ilə əlaqədar "fövqəladə vəziyyət" elan etmişdi.

Siçan nəcisi ilə təmasa keçən bu xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhaliyə "gigiyenaya diqqətli olmaq, siçan və digər gəmiricilərlə təmasda olmamaq" barədə xəbərdarlıq edir.