Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Afiyəddin Cəlilovun nəvəsi psixiatriyada 12 gün saxlanılıbmış

  • 2024.08.26 11:47
  • 1233 Baxış
Afiyəddin Cəlilovun nəvəsi psixiatriyada  12 gün saxlanılıbmış
Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn yeniyetmə nəvəsi Əli-Afiyəddin yenidən müzakirə mövzusu olub. Bu dəfə onun Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etməsini əks etdirən görüntülər yayılıb.




O, sonuncu dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.


Medicina.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.

Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevralın 1-də yerləşdirilib: “12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.