Oktyabr ayı dünyada Süd vəzi xərçəngi ilə mübarizə ayıdır.
Hər il olduğu kimi bu ildə Bioloji Təbabət klinikası və AFGEN genetik mərkəz süd vəzi xərçəngi mövzüsünda aksiya və konfranslar keçirib.
"Medicina" xəbər verir ki, elmi-praktik konfransda Süd vəzi xəstəlikləri, süd vəzi xərçənginin erkən diaqnostikası, genetikası, müalicəsi istiqamətində çalışan mütəxəssislər yeni metodlar barədə çıxış edib.
Konfransda müxtəlif ixtisasdan həkimlər iştirak edib.
Konfransda məruzəçilər Milli Onkologiya Mərkəzinin şöbə müdiri Şəmistan Alıyev, ATU Tədris Cərrahiyyə klinikasının dosenti Natəvan Axundova, mammoloq-radioloq Günel Qəmbərova, AFGEN mərkəzinin şöbə rəhbəri Könül Həziyeva, AFGEN genetik mütəxəssis Jalə Nəsibova, tibbi onkoloq Pərvanə Rüstəmova, uzman radioloq Nicat Alışov, ginekoloq mammoloq Kəmalə Rəhimova, Bioloji Təbabət klinikasının onkoloq mammoloqu Rəna Niftalıyeva çıxışlar ediblər.