Apteklərdə satılan "Aevit” dərmanı ucuz olmasına baxmayaraq çox işə yarayır. Tərkibində A və E vitaminləri olan bu dərman preparatı demək olar ki, bir çox problemlərin qarısını alır.
Dəri üçün faydaları:
Gözəlliyini və gəncliyini qorumaq üçün dəri bir çox vitaminlər, minerallar tələb edir. Məhz "Aevit” preparatı dərinin elastikliyini və hamarlığını təmin edir. Bu preparatın tərkibində olan A və E vitaminləri ən güclü antioksidantlar hesab olunur.
Bu iki maddə birlikdə qarşılıqlı təsirə girərək dəriyə yaxşı təsir göstərir. A vitamini üz dərisi üçün çox lazımlıdır, E vitamini isə üz dərisinin oksidləşməsinə imkan vermir. Bu vitaminlər ilk növbədə:
• Dəriyə cavanlaşdırıcı təsir göstərir;
• Xırda qırışları hamarlaşdırır, dərin qırışları isə nisbətən düzəldir;
• Üz dərisinin rəngini yaxşılaşdırır;
• Dərini hamar və elastik edir, bərpa olunma qabiliyyətini artırır, həssaslığını isə azaldır;
• Məsamələri yığaraq sızanaqları aradan qaldırır.
İstifadəsi:
Aevitin daxilə qəbulunu yalnız həkim təyin edir. Buna görə əvvəlcə onunla məsləhətləşmək lazımdır. Xaricə tətbiq zamanı isə allergiya halı nəzərə alınmalıdır. Digər bütün hallarda bu preparatdan istifadə təhlükəsizdir.
Tətbiqi:
• Qırış əleyhinə maska
Aevit kapsulasını istənilən cavanlaşdırıcı maskaya əlavə etmək yaxşı nəticə verir. Bundan əlavə bədən və üz üçün olan skrabların tərkibinə qatılaraq da istifadə edilməsi mümkündür.
• Sızanaq əleyhinə
Sızanaqlardan azad olmaq üçün A vitamini effektli rol oynayır. E vitamini isə retinol maddəsinin işini gücləndirərək dərinin oksidləşməsinə imkan vermir.
Sızanaq zamanı kapsulanı pambığa hopdurun və dərinizə çəkin. Hər gün istifadə etsən bir həftədən sonra dərinizdə yaxşılaşma müçahidə edəcəksiniz.
Arzu
Medicina.a
Salam. Tökülmüş saçların yenidən çıxmasına kömək edirmi?
Salammənim alnım pereksdən yanıb dərim bişmişdi bundan çəkdim yanmış dərini qurudaraq apardı təzə sağlam dəri gəldi izidə rəngidə qalmıyıb
Goresen pigment lekeni uzden aparar?
Salam 16 yaşinda uşağ üzünə çəkə bilər sızanaqlara görə ?
Salam mən elə indicə aldım bu dərmanı aptekdən içlik vərqəsindədə qeyd edilir ki dərman vasitəsi deyil sadəcə vitamindir heçbir yan təsiri yoxdur dozasında olduğdan sonra dəri və saç üçün superdir
Quru dərilərə kömək edir?
Bunun kapsulunu axşamlar gündə 1dəfə olaraq 1 kapsul daxilə qəbul olunur.
Məndə istifadə edirəm hetda ləkələri belə azaldır zamanla yox edir çox əladır
Salam adamı kokeldirmi bunu qəbul edende bilen varsa yazsın xahiş edirəm
Bunu mene hekim yazıb zobuma göre ne elaqe
Salam mən 1 aydır istifadə edirəm nəticəsində superdi Hər gece 1 kapsulanı istifadə etdiyim nəmləndirici kremə qatıb üzümə çəkirəm, üz dərim çox gözəl elastik parlaq olub ,qırışları itirib
21 yasim var hekim meslehet gorub yemekden sonra 2 defe isdifade edirem
Salam bunu daxilə qəbul etmək olar zehemet olmasa dəyersiz
Mende isifadə edirəm çox gözlədi kometden yazıblar atmaq falan kapsulani deşib uz derinse tətbiq edidsiniz yağlıdır
Bunu sadəce atmaq olar yoxsa .zəhmət deyilsə istifade qaydasını yazardizda