"Qoz-fındıqların nəm yerdə saxlanılması bəzi işbazların əməlləridir”.
Medicina.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Professor qeyd edib ki, bu gün belə məsələlər taleyin ümidinə buraxılıb:
"Qoz-fındıq ləpələrinin tərkibində aşkarlanan aflotoksin göbələk xəstəliklərinin insan orqanizminə qaraciyər xərçəngi yaranması və toksiki təsiri olur. Kontiligent təsiri bunların daha çoxdur.
Aflotoksinlər təkcə yarmarkalarda oldu-olmadı, evdə də alınan xarab olmuş, düzgün qurudulmamış yeyintilərin tərkibində olur. Qoz-fındığın dadında hər hansısa bir dəyişiklik hiss olunanda, yaxşı olar ki, bunlar yeyilməsin. Aflotoksinlər bu yeyintilərin tərkibində əmələ gəlir. Təəsüflər olsun ki, ev şəraitində bunlar istifadə olunur vənəticədədə zəif immunitetə malik insanlar bu xəstəliklərə tez yoluxurlar”.
A.Qeybulla qida təhlükəsizliyi ilə bağlı durumun ürək açan olmadığını deyib:
"Bu bəzi işbazların əməlləridir ki, yığılan malı nəm yerdə saxlayırlar ki, çəkisi ağır gəlsin. Təbii ki, bu da yolverilməzdir. Bu gün qida təhlükəsizliyi məsələsi ona görə aktualdır. Hər bir satışa verilən məhsul bu cür rafinasiya olunmalıdır. Təəsüflər olsun ki, bizdə bu məsələlər taleyin ümidinə buraxılıb. Ola bilsin ki, Qida Agentliyi yaradılıb və bu işin öhdəsindən gələcək. Amma hər halda durum bu gün ürək açan deyil”.
Xatırladaq ki, dünən saytımıza açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə bazarında xeyli sayda tərkibində aflotoksin maddəsi olan qoz-fındıq ləpələrinin aşkarlandığını bildirmişdi.