Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adi su qan təzyiqinə necə təsir edir? – Şoka düşəcəksiz

  • 2020.02.19 18:17
  • 60176 Baxış
Adi su qan təzyiqinə necə təsir edir? –  Şoka düşəcəksiz


Bir çox insanlar, xüsusən təzyiq xəstələri hələ də bir sadə məsələni bilmir ki, orqanizdə maye, su qıtlığı təzyiqin artmasına səbəb olur.

Biz maye əvəzi çay, kompot, kofe, pivə, şirələr, hər nə oldu içirik, bircə adi suyu içə bilmirik və ya istəmirik. Yanlış olaraq düşünürük ki, şorba, yemək, çay, qəhvə elə su təminatını ödəyir.

Medicina.az xəbər verir ki, hipertoniklərə, eləcə də zaman-zaman təzyiqi bir qədər yüksələnlərə mümkün qədər adi, təmiz su qəbulunu artırmaq məsləhət görülür.

Bəs təzyiqin qalxmaması üçün nə qədər su içmək lazımdır?

Mütəxəssislər bildirir ki, sutkada 1 litr təmiz su kifayətdir, digər içkilər bura aid deyil.

Bəs az su içdiyinizi və orqanizmdə su çatışmadığını necə bilmək olar. Sadə bir analizlə. Qanın hematokrit analizi. Əgər hematokrit kifayət qədər yüksək çıxıbsa, deməli, siz çox az su içirsiz.

Çıxış yolu sadədir. gün ərzində 1 litr, 1 litr 200 ml su için. Amma gecə yatmazdan əvvəl içməyin. Tədricən bu təzyiqinizi normaya salacaq. Eləcə də özünüzü daha yaxşı hiss edəcəksiz.

Hipertoniklər arasında yanlış inanc var ki, su çox içəndə ürək qanı qova bilmir, ayaqlar şişir və əksinə təzyiq qalxır.

Bəli, bu baş verir, bu o halda olur ki, xəstə həddən artıq çox duz və duzlu qidalar, şoraba və s. yeyir. Əgər siz çox su içdikdə şişirsizsə, bu elə sizin duz məsələsində səhv etdiyinizi göstərir və deməli, duzu azaltmalısız.