Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər – Dəhşətli diaqnoz

  • 2019.09.17 16:00
  • 4037 Baxış
Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər –  Dəhşətli diaqnoz
Tibb bacısı olan 43 yaşlı qadın 1 ay ağır öskürəkdən əziyyət çəkir və nəhayət, xəstəxanaya gedir. Həkimlər ona pnevmoniya və sepsis diaqnozu qoyur. 


Artıq çox gecikdiyindən müalicələr effekt vermədi və qadının daxili orqanları  hissə-hissə sıradan çıxmağa başlayırdı.


Medicina.az xəbər verir ki, Britaniyanın Cənubi Uels sakini sepsisdən 9 həftəlik komaya düşür. Bu ərəfədə onun təzyiqi o qədər aşağı düşür ki, qol və ayaqlarına qan işləmir. Həkimlər məcbur qalıb əl-ayaqlarını amputasiya edirlər.


Komadan çıxdıqdan sonra əl-ayağının kəsildiyini görən qadın bir müddət ağır depressiyaya düşür.


"Mən elə bilirdim ki, bu adi öskürəkdir, ona görə səs-küy salmadım, bilsəydim, başıma bunlar gələcək, tez həkimə gedərdim”.


İndi səhhəti özünə gələn qadın üçün ən müasir protez alınması üçün pul yığımına başlanılıb və ona yaxınları dəstəkdir.