Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adi müayinə zamanı ağır xəstə olduğunu öyrəndi- 55 yaşlı vəkil qadın uşaqlıq yolu xərçənginə necə qalib gəldi?-VİDEO

  • 2018.07.10 16:06
  • 13623 Baxış
Adi müayinə zamanı ağır xəstə olduğunu öyrəndi-  55 yaşlı vəkil qadın uşaqlıq yolu xərçənginə necə qalib gəldi?-VİDEO

55 yaşlı vəkil Nevin Burak ağlına belə gətirmirdi ki, illərdir bədənində ağır xəstəliyi daşıyır. Gündəlik normal həyat və işinə davam edən həyatsevər qadın bir neçə il öncə öd kisəsindən əməliyyat olunmuşdu. İlk nəvəsi dünyaya gələndən sonra başı ona qarışmış, rutin müayinələri unutmuşdu. 


Medicina.az qeyri-adi pasiyent hekayəsini təqdim edir.


Bir gün LİV Hospitaldan ona chek-up təklifi olunur və Nevin Burak bu müayinədən keçir. Bəzi ginekoloji testlərdə şübhəli hüceyrələrin olduğunu  görən ginekoloq Demet Dikmən vaxt itirmədən xəstəyə zəng edir. 


Lakin qızının toyuna hazırlaşan Nevim Burak bu zəngləri önəmsəmir, vaxtı uzadır. Həkimin israrından sonra yaxınlıqdakı klinikaya gedib eyni testi verir. Burda test normal çıxır. Bundan lap arxayınlaşan qadın Liv Hospitaldan gələn zəngi unudur. Amma masasının üstündə Nevim Burakın test analiz cavablarını və nömrəsini göz önündə saxlayan həkim şübhəsindən əmin idi. Ona görə həftədə bir dəfə xəstəyə zəng edirdi. Sonuncu zəngində o Nevim Buraka məsələ ciddidir, cəmi 1 gün ayırın, müayinə edək, sonra işinizə qayıdarsız dedi. 

 



Nevim Burak nəhayət ki, biopsiyaya razı olur və həkimin şübhələri özünü doğruldur. Pasiyentdə 2-ci dərəcəli uşaqlıq boynu xərçəngi aşkarlanır.


Bu xəstəliyin tamam müalicəsi, əməliyyatından bəhs  edən Möcüzə Yaşamlar filmini təqdim edirik. 

 


Bir əməliyyatla xərçəngdən qurtulan, tamam sağalan Nevin Burak ikinci övladının da toyunu etdi, indi isə nəvəsi ilə həyatına davam edir.


 

 

LİV HOSPİTALla əlaqə yaratmaq üçün +90 554 871 05 92



Adi müayinə zamanı ağır xəstə olduğunu öyrəndi-  55 yaşlı vəkil qadın uşaqlıq yolu xərçənginə necə qalib gəldi?-VİDEO