Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adi duz koronavirusla mübarizə vasitəsi ola bilər – Rusiyalı mütəxəssislər

  • 2020.04.10 22:01
  • 6482 Baxış
Adi duz koronavirusla mübarizə vasitəsi ola bilər   – Rusiyalı mütəxəssislər

Adi xörək duzu koronavirusa yoluxmanın profilaktikasına qarşı vasitələrin siyahısına daxil edilə bilər.


Medicina.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi risk qrupunda olan insanlara burunun selikli qişasının duz həll edilmiş məhlulla yuyulmasını tövsiyə edir.

Bu barədə “Müvəqqəti metodiki tövsiyələr” buraxılışında məlumat verilib.
Orada əlləri sabunla yumaq, salfetlə silmək, maska ilə yanaşı, burunun xlorid natriy izotonik məhlulla yumaq yazılıb. Bu metod virus və bakteriyaların orqanizmə keçməsini azaldır.

Xlorid natrium hazır şəkildə fizioliji məhlul kimi aptekdə satılır, bu sistemdə istifadə olunan məhluldur.

Amma siz evdə də adi xörək duzundan izotonik məhlul hazırlaya bilərsiz. Bunun üçün 200 ml suya 1 xörək qaşığı (çox olmaz) xörək duzu həll edirsiz.