Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adi corabla soyuqdəymənin müalicəsi

  • 2023.07.25 16:10
  • 1870 Baxış
Adi  corabla soyuqdəymənin müalicəsi
Sadə corablar soyuqdəyməni müalicə etməyə kömək edə bilər.
Belə ki, xəstəliyin ilk günlərində nəm corab geymək faydalıdır.



“Medicina” xəbər verir ki, həkimlər bu müalicəni “istilik kompresi” də adlandırırlar. Onun mahiyyəti orqanizm suya reaksiya verməyə başladıqdan sonra qan dövranını artırmaqdır.


Qan dövranının sürətlənməsi sayəsində immunitet sistemi daha yaxşı işləməyə başlayır.

Mütəxəssislərin sözlərinə görə, belə bir kompres yatmazdan əvvəl edilir. Yüksək bədən istiliyinə görə bəlğəm çox tez yox olur, yuxu yaxşılaşır.


Soyuq və ya buzlu suda nazik corabları yuyun və sıxın, sonra ayaqlarınızı isti suda (10 dəqiqə) isladın. Ayaqları qurutduqdan sonra həmin nazik və nəm corabları geyinin. Üzərindən qalın, toxunma və ya yun corabı keçirdib, yerinizə girin.

Bu proseduru bir neçə gün ərzində həyata keçirməyi məsləhət görürlər və corabları yalnız səhər çıxarmaq lazımdır .

Günay Quluzadə