Daxili orqanlarınızın sağlam olub –olmamasını, düzgün işləyib işləməməsini adi çay qaşığını dilinizə sürməklə öyrənə bilərsiz.
Medicina.az 1 dəqiqəlik xüsusi üsulu təqdim edir. Bunun üçün sizə bir çay qaşığı və plastik paket lazımdır. Bu üsulla siz mədə-bağırsaq, tənəffüs, hormonlar, diş və böyrəklərin sağlamlıq dərəcəsini öyrənə bilərsiz.
Çay qaşığını hulquma, boğazın içinə yaxın hissədə dilin üzərinə sürtüb, dil ərpini yığın. Sonra qaşığı paketə qoyub, lampa işığının altında 1 dəqiqə saxlayın. Çalışın işıq gur olsun.
Sağlam insanda qaşığın üzəri təmiz və ya az ərpli olacaq. Əgər qaşıqdan pis, kəskin qoxu gəlirsə, ərp tünd və xoşagəlməz rəng aldısa, o zaman ağciyərlərdə, boğazda, böyrəklərdə, bağırsaqlarda problemlər var. Həmçinin qaşıqdan ammiak, dərman qoxusu gələrsə, o zaman böyrəkləriniz yaxşı işləmir. Əgər turş meyvə qoxusu gəlirsə, o zaman maddələr mübadiləsi pozulub.
Qaşıq testi yaxşı çıxmayan insan ən azı terapevt qəbuluna yazılıb, USM olunmalıdır ki, xəstəlik getdikcə xronikləşməsin.