Rusiyanın Dövlət Duması qanuna dəyişiklik etməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, deputat Oleq Matveyçev vətəndaşların ad günündə işə gəlməmək hüququnun verilməsi təklifini irəli sürüb.
O, Əmək nazirliyinə də müraciət ünvanlayıb.
Əmək məcəlləsində bu məsələ nəzərdən keçirilib. Doğum günü olan şəxs həmin gün ya qısaldılmış saat çalışmalıdır, ya da ümumiyyətlə istirahət verilməlidir.
Deputatlar bunu onunla əsaslandırıb ki, ad günü ənənəvi olaraq ailə məclisi ilə qeyd edilir və bu özəl günü keçirmək üçün vətəndaşın vaxtı olmur.
Qanuna belə dəyişiklik şirkət və idarələrin iş keyfiyyətini aşağı salmayacaq.
Rəhbərlik öncədən biləcək ki, hansı gün hansı əməkdaşı ad gününə görə işləməyəcək.
Bundan öncə Dövlət dumasında məmur və deputatlar üçün istirahət və tətil günlərinin minimum həddə qədər azaldılması təkıif edilmişdi.