Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Acqarına qəhvə içməyin! - Bu xəstəliklərə yol açır

  • 2025.01.08 13:04
  • 625 Baxış
Acqarına qəhvə içməyin! -  Bu xəstəliklərə yol açır
Səhər acqarına həddindən artıq miqdarda qəhvə içmək...

Bu, həzm problemləri, yuxu pozğunluğu, narahatlıq, ürək döyüntüsü və susuzluğa səbəb ola bilər.

Medicina.az təqdim edir:

Hər kəsin vazkeçilməz içkilərindən biri də qəhvədir.

Xüsusilə səhər saatlarında üstünlük verilən qəhvə acqarına içilməməlidir.

Enerji artırdığı və bəzi hallarda arıqlamağa kömək etdiyi üçün üstünlük verilən qəhvə, acqarına içildikdə bəzi xəstəlikləri tətikləyir.


Acqarına qəhvə içmək bir çox insan üçün vərdiş ola bilər, lakin bunun bəzi mənfi təsirləri var.



ZƏRƏRLƏRİ

MƏDƏ TURŞULUĞUNU ARTIRA BİLƏR

Qəhvə mədə turşusunu artıra bilər ki, bu da ürək yanması, reflü, mədə ağrısı kimi problemlərə səbəb ola bilər.

Acqarına qəhvə içmək kortizol (stress hormonu) səviyyəsini artırır. Səhər saatlarında yüksək olan kortizol səviyyəsini qəhvə ilə daha da artırmaq olar. Narahatlıq, yorğunluq hissi, qan şəkərinin dəyişməsi kimi problemlərə yol açar.

HƏZM PROBLEMLƏRİ

Qəhvə bağırsağı aktivləşdirir. Bu, ishal, mədə ağrısı, qaz və şişkinlik kimi problemlər yarada bilər.

Acqarına qəhvə kofeinin təsirini gücləndirə bilər. Bu vəziyyət ürək döyüntüsü, qıcıqlanma, başgicəllənmə kimi şikayətləri artırar.




Nə etməli?

Qəhvəni acqarına içmək əvəzinə səhər yeməyindən sonra qəbul etməyə çalışın.

Bir stəkan süd, və ya qəhvə ilə qida qəbul etmək mədədə qıcıqlandırıcı təsirləri azalda bilər.

Gün ərzində qəhvə miqdarını məhdudlaşdırmağa diqqət yetirin (məsələn, 2-3 stəkandan çox içməmək).

Aygün Nəbiyeva
Medicina.az