Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Acqalma xroniki xəstəlikləri sağaldır

  • 2019.08.26 12:48
  • 3849 Baxış
Acqalma xroniki xəstəlikləri sağaldır
Yeməyə məhdudiyyət qoymaq iltihab proseslərini zəiflədir. Medicina.az "MedikForum”a istinadla xəbər verir ki, kalorinin azaldılması insanın immunitetini möhkəmləndirir. Amerika alimlərinin gəldiyi qənaətə görə, müntəzəm acqalma xroniki xəstəliklər riskini iltihablı immun hüceyrələrinin qarşısının alınması hesabına azaldır. Daha bir tədqiqat göstərib ki, yeməkdə kalorinin məhdudlaşdırılması infeksiyalara qarşı mübarizə aparmaq funksiyası olan immun hüceyrələrini fəallaşdırır. Bu tədqiqatlar həkimləri infeksiyalara yoluxmuş və hətta şişləri olan pasiyentlərə ənənəvi müalicə vasitələri ilə bərabər müəyyən müalicəvi qidalanma qaydaları məsləhət görməyə sövq etməlidir. Hər iki tədqiqat göstərib ki, qidalanmada sadə dəyişikliklər immunitetə nəzərəçarpacaq təsir göstərir. Alimlər ilk tədqiqat zamanı laboratoriya siçanlarını və insanın immun hüceyrələrini acqalmadan sonra müşahidə ediblər. Məlum olub ki, həmin dövrlərdə iltihab doğuran ağ qan hüceyrələrinin - monositlərin sayı azalır və bu da orqanizmə faydalı təsir göstərir.