Həyat əbədi deyil. 30 yaşa çatanda elə bilirsən 20 yaşında axmaq, 40 yaşa çatanda isə 30 yaşında sadəlovh olduğunu görürsən.
İnsan ac olduqda ömrü uzanır. Elə ki, tox sima, tox göz, heç bir arzusu olmayan insan gördüz, bilin ki, ölüm ona yaxınlaşır.
Bu sözləri Rusiyanın tanınmış aktyoru Andrey Konçalovskiy deyib.
Medicina.az xəbər verir ki, o illərdir aclıq ömrü uzadır, toxluq isə ölümdür fəlsəfəsinə inanaraq yaşayır. Xüsusən yaradıcı insan üçün aclıq ilham mənbələrini açır.
" İldə 3 dəfə 1 həftəlik acqalma günləri elan etmək və sonra pəhriz qidalanmasına riayət etmək insanda defisit yaradır. Bu qıtlıqdan sonra insanın yeməyə, çörəyə, onun dadına münasibəti dəyişir. Orqanizm aclıqdan sonra yeməkdən daha çox zövq alır. Yenidən qidaya qovuşduğu üçün tamam müstəviyə keçir. Bədən, orqanizm yenidən həyata bağlanır. Bu defisit həyat üçün vacibdir.
Beyin sənə aclığa görə minnətdar olur. Hər aclıq günlərindən sonra beynində azad hissələrin çoxaldığını görürsən. Beynin sənə elə işarələr, elə fikirlər, ideyalar verir ki, əvvəl bunların ağlına niyə gəlmədiyinə təəccüblənirsən. Sənin ömrün o qədər qısadır ki, onu bazar-dükan və masa arxasında sərf etməyə heyifdir. İqtisadiyyat, qida insanları tox etməyə hesablanıb. Amma fikir verin, insan nə qədər tox olduqca, bir o qədər bədbəxtləşir. Yemək xoşbəxtliyi artırmır. Əksinə, ac qaldıqca, xoşbəxt hisslərə yaxınlaşacaqsan”