Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
Medicina.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında aparıcının köməkçisi məlumat verib.
Bildirib ki, N. Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: "Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”.