Açıq şəkildə bir çox qidalar satılır. Bunların sırasında ən çox peraşki, bulkular, simitlər yer alır.
Medicina.az xəbər verir ki, m
ütəxəssislər belə qidaların zəhərlənməyə səbəb ola biləcəyini vurğulayıblar.
Açıq havada olan mikroblar isə tozla birləşərək asanlıqla yayıla bilir. Xüsusilə də havaların istiləşdiyi zamanlarda belə qidalardan istifadə xüsusilə təhlükəlidir.
Mikrob və bakteriya sadəcə qida ilə deyil həmçinin quşlar, ağcaqanadlar, pişik, itlər vasitəsilə mikroblar daha sürətlə yayılır. Belə qidalarla qidalananlar isə qusma, qarın ağrısı, ishal, bulantı kimi xəstəliklərə rahatlıqla yoluxa bilərlər.
Qeyd edək ki, bu qidaların ləğvi barədə xüsusi qanun qəbul edilməsə də tövsiyə də edilmir.