Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Açıq şəkildə satılan çaylardakı TƏHLÜKƏ

  • 2024.05.24 17:31
  • 1385 Baxış
Açıq şəkildə satılan çaylardakı  TƏHLÜKƏ
Müxtəlif bitki çaylarının sağlamlığa faydalarının olduğunu bilməyən yoxdur. Ancaq bu çaylar fayda verməsi üçün keyfiyyətli məhsullardan hazırlanmalıdır.

Medicina.az xəbər verir ki, Prof. Dr. Ekrem Sezik açıq şəkildə satılan bitki çaylarının yarardan çox zərər verə biləcəyini bildirib.

“Çünki onların tərkibində zərərli maddələrin olması ehtimalı yüksəkdir. İnsanlar bu məsələyə etinasız yanaşır, açıqda satılan, analiz olunmayan bitkiləri müxtəlif yerlərdən alıb çay kimi içirlər. Məhsulun yığılması, parçalanması və saxlanması üçün müvafiq və standart şərait təmin edilməlidir. Onun tərkibində torpaq, toz, kir, həşərat, həşərat sürfələri və digər çirkləndiricilər olmamalıdır.
Ağır metalların, pestisidlərin, herbisidlərin və mikroblarla çirklənmənin miqdarı da çox olmamalıdır.

Bitki hissələrində mikrogöbələklərin çoxalması nəticəsində yaranan aflatoksin, okratoksin, pirozolidin alkaloidləri kimi qaraciyəri zədələyən maddələrin və radioaktiv çirklənmənin olub-olmadığını müəyyən etmək üçün analizlər aparılmalıdır.

Bəzi mağazalarda açıq şəkildə satılan bitkilərdə sağlamlığa zərərli maddələrin ola biləcəyini unutmamaq lazımdır”, - deyə həkim qeyd edib.

O xüsusi vurğulayıb ki, açıq şəkildə satılan bitkilərin keyfiyyəti, yararlılıq müddəti, istehsal şəraiti, hansı zərərli maddələrlə çirkləndiyi və s. bilinmir:


Aysel