Pəncərə açıq halda yatıb-yatmamaq barədə hərənin öz fikri, seçimi var.
Bəziləri hesab edir ki, hətta qışda, otaq temperaturu 17-25 dərəcə olarsa, bu mümkündür, digərləri isə onu bağlayıb yatmağı uyğun hesab edir.
Çünki otaqda yel əsməyəcək, xəstələnməyəcək və zərər görməyəcəklər.
“Medicina” xəbər verir ki, Almaniyalı alimlər açıq pəncərəli otaqda yatmağın insanlara mənfi təsir etdiyini bildiriblər.
İohannes Qutenberq Universitetinin alimləri araşdırma aparıblar ki, gecələr pəncərə bağlı olanda insanlar daha az stress keçirirlər.
Mütəxəssislər bu vəziyyətin səbəbinin səs izolyasiyası ilə bağlı olduğu qənaətindədir.
Onların fikrincə, yuxu zamanı insan müxtəlif səslərə qarşı çox həssas olur və pəncərə açıq olanda səslər gəldiyindən orqanizm stressə keçir.
Bunun nəticəsində insan orqanizmi çox miqdarda hormon istehsal edəcək və bu da xolesterinin artmasına səbəb olacaq. Xolesterin isə ürək-damar problemlərini yaradacaq.
Ona görə otağı havalandırıb, pəncərələri bağlayıb yatmaq daha uyğundur.
Günay Quliyeva