Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Acılı qidalar insanı öldürə bilər – Kimlər diqqətli olmalıdır?

  • 2024.05.29 17:37
  • 814 Baxış
Acılı qidalar insanı öldürə bilər –  Kimlər diqqətli olmalıdır?
Bu yaxınlarda ABŞ-ın Massaçusets ştatında 14 yaşlı Herris Volobah adlı yeniyetmə acılı çips yedikdən sonra ölüb.

Sosial mediada gördüyü acılı çips yemə yarışına qatılan Herrisin ölüm səbəbinin həddindən artıq acı istehlakı olduğu açıqlanıb. Onun anadangəlmə ürək problemi olduğu da qeyd edilib.
“Sky News”un məlumatına görə, ABŞ-da satılan bu çipslər dünyanın ən acı iki növ bibərindən hazırlanır. Beləliklə, Herris kapsaisinin (acı bibərin aktiv maddəsi) həddindən artıq istehlakı səbəbilə yaranan qəfil ürək dayanması nəticəsində dünyasını dəyişib.

İstehsalçı şirkət gəncin ölümündən sonra həmin çipsin satışını dayandırıb.

Bəs acı qidalar insanı hansı hallarda öldürə bilər?

Kardioloq Dos. Dr. Fatih Güngören bildirib ki, acı bibərin tərkibində olan kapsaisin maddəsinin maddələr mübadiləsini sürətləndirdiyi, piylərin yandırılmasını artırdığı və ürək funksiyalarına müsbət təsir göstərdiyi bilinsə də, onun həddən artıq istehlakının qan təzyiqinin qəfil yüksəlməsinə (hipertonik böhran), ürək damarlarında spazmlara və qan təzyiqinə səbəb olduğu da məlumdur:

“Həddən artıq qəbul edildikdə infarkta səbəb ola bilər. Çox miqdarda acı yemək ürək damarlarının spazmına və damarlarda qan axınının tıxanmasına səbəb olur, xüsusən də anadangəlmə ürək problemləri olan xəstələrdə ölümcül ritm pozğunluqlarına səbəb ola, həyati təhlükə yarada bilər”.

Həkim bildirib ki, həddən artıq acı istehlakı təzyiq xəstələri üçün də təhlükəlidir.

“Təzyiqin ani yüksəlməsinə səbəb ola bilər. Heç bir risk faktoru və ya xəstəliyi olmayan insanlar da çox miqdarda kapsaisin qəbul etdikdən sonra ciddi ürək problemləri yaşaya bilərlər. Gənclər arasında son vaxtlar populyar olan acı yemək trendinin qarşısı alınmalıdır. Bunun üçün acının həyati risklər yaratdığı barədə maarifləndirmə işləri aparılmalıdır", - deyə kardioloq vurğulayıb.


Aysel