Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Acı, istiot çox yeyənlərin mədəsində xərçəng yaranır?

  • 2024.01.12 15:30
  • 2550 Baxış
Acı, istiot çox yeyənlərin mədəsində xərçəng yaranır?
El arasında çoxdan belə fikir var ki, çox acı istiot yeyənlərin mədəsində yara əmələ gəlir.



“Medicina” xəbər verir ki, onkoloq, professor Aleksandr Seryakov bu fikrə aydınlıq gətirib:


“Hisə verilmiş, duzlu, istiotlu, acı, duzlu dad olan qidalar, yeməklər, xörəyə bol istiot tökmək mədədə badxassəli prosesləri aktivləşdirə bilir.

Bəs mədə xərçəngi ilə acı yeməyin nə əlaqəsi var? Acılığa cavabdeh maddə kapsaisindir.

Bu maddə yandırıcı istiot və bitkilərdə olur. Kapsaisin 2 cür təsir edir: xərçəng əleyhinə və kanserogen. Bu təsir sutkalıq dozadan asılıdır.


Normadan artıq acılı yedikdə bu maddə kanserogen təsir edir.


Məsələn, Çin, Koreya, Yaponiya, İndoneziyada yerli əhalidə mədə xərçəngi daha çoxdur. Onların ənənəvi yeməkləri çox acıdır.
Asiyalılar gündə 200 mq-dan artıq kapsaisin qəbul etdikləri üçün mədə xərçəngi riski artır.


Hər gün acılı ketçup, sous, konserv, turşu, kolbasa və istiot yeyən insanda mədə selikli qişası daim aşlılandığı və bərpa olmadığı üçün kiçik xoralar 50 yaşdan sonra xərçəngə çevrilə bilir. Ona görə də acılı qidaları çox yeməyin”.


Aygün