Acı bibərə acılıq verən kapsaisin maddəsinin orqanizmdəki endorfin hormonunu artıraraq, xoşbəxtlik hissi verir, stressi azaldır.
Medicina.az xəbər verir ki, insan sağlamlığı üçün çox faydalı olan acı bibər mütəmadi olaraq istifadə edildiyində orqanizmi xəstəliklərdən qoruyur. Beyində xoşbəxtlik hormonunu atıran acı bibər stressli iş həyatı olanların, fiziki yorğunluq çəkənlərin yeməsi məsləhət edilir.
Türkiyəli qida mütəxəssisi Ali Manavoğlu bibərin C vitamini deposu olduğunu, tərkibindəki kapsaisin maddəsinin acı və yanma hissi verdiyini söyləyib. "Bibər acı və yanma hissi verən tərəvəz olaraq bilinir. Əslində bibərin fərqli, az bilinən xüsusiyyətləri var. Bibər C vitamini tərkibli tərəvəzlərin başında durur. Bibərdə aclıq dadı verən kapsaisin maddəsi vardır. Yediyinizdə acı dada qarşı xoşbəxtlik hissi verən endorfin, serotonin, oksitosin, dopamin hormonu yaranır. Xüsusilə endorfin hormonunun səviyyəsi artar. Orqanizm xoşbəxt olmağa başlayar. Bu hormonun artıqlığı da insanlarda əsəbə səbəb olur. Həm sağlamlıq, həm də xoşbəxtlik üçün yetərli miqtarda acı bibər yeməyiniz məsləhətdir”.
Bədənin toksinlərdən təmizlənməsinə dəstək olan acı bibər immun sistemini gücləndirir. Mütəmadi olaraq acı bibər yemək qan dövranı üçün də faydalıdır. Bununla da ürək xəstəlikləri, xolesterol, yüksək təzyiq kimi xəstəliklərin qarşısı alına bilər. Qış aylarında boğazda meydana gələn infeksiyaların təmizlənməsində acı bibərin təsiri vardır. Günümüzün əsas problemlərindən olan revmatizm xəstəliyində də acı bibərdən istifadə edilir. Sümük əriməsi, sümüklərdə erkən qırılma kimi problemlərin qarşısını alar, mədə və yemək borusu sağlamlığını qoruyar.