Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- “Shopaholic” kimdir və niyə bu vəziyyətə düşüb?Acgöz kimi alış-veriş etmək xəstəlik imiş

  • 2018.11.15 12:53
  • 13814 Baxış
 - “Shopaholic” kimdir və niyə bu vəziyyətə düşüb? Acgöz kimi alış-veriş etmək xəstəlik imiş
Alış-verişi çox sevirsiniz? İşdə, evdə, yatanda da alış-veriş barədə düşünürsünüz? Pulunuz qurtarsa belə hardansa, kimdənsə borc alıb hamısını alış-verişə xəcləyirsiniz? O zaman tam əminliklə demək olar ki, siz "shopaholic” xəstəliyinə tutulmusunuz. 


Medicina.az xəbər verir ki, "shopaholic”lik, yəni alış-veriş alüdəçiliyi əsasən stresslə bacara bilməyən insanlarda yaşanır. Borclanmalarına baxmayaraq davamlı alış-veriş edən və ya alış-veriş saytlarını hərisliklə izləyən, bir sözlə həyatlarını ancaq bu işə həsr edən insanlar bu qəribə xəstəlikdən əziyyət çəkirlər.    


Psixoloqların sözlərinə görə, alış-veriş aludəçiləri özlərini yalnız "shopping” zamanı xoşbəxt hiss edirlər. Naratlığın asas səbəbi kimi isə stress, sevgi azlığı, ifadə oluna bilməyən əsəb, yalnızlıq və sıxıntı kimi hallar göstərilir.  


Tələb olunandan çox alış-veriş etmək, ehtiyac olmadığı zaman geyim, ayaqqabı, mətbəx əşyası almaq hələ insanın bu narahatlıqdan əziyyət çəkməsindən xəbər vermir. Amma bu vəziyyətin xəstəliyə çevrilməsi üçün həyəcan siqnalı olduğunu demək olar. Çünki sadalanan bu hallar get-gedə insan psixologiyasında dərin iz buraxaraq onun alış-veriş aludəçisi olmasına təkan verə bilər.   


Bu naratlığa düçar olan insanlar hər hansı bir məhsulu ala bilmədikdə dava-dalaş salır, satın aldığı zaman isə mənən rahatlıq tapırlar. Bu şəxslər sadəcə əldə etdikləri məhsulların sayı ilə xoşbəxt olnmurlar, eyni zamanda onlar bu hərəkətlərin ilə sahib ola bilmədikləri güc, gözəllik, bəyənilmə, sevilmə kimi hisslərini kompensasiya edirlər. Məhz bu səbəbdən də alış-veriş etmə istəyi, xoşladığı əşyaları pulla əldə etmək arzusu onları şüuraltı olaraq xoşbəxt edir.  

Alış-veriş aludəçiliyi müalicə oluna bilinən bir narahatlıqdır. Müalicə metodunu seçərkən narahatlığın səviyyəsi müəyyən olunmalıdır. Müalicə üçün psixoterapiya üsulu seçilməlidir. Bu zaman insan özünü alış-verişə yönəldən mənfi düşüncələrdən azad etməli, idman və hobbi ilə məşğul olmalıdır. Bu cür narahatlığı olan insanlar təkbaşına deyil, mütəxəssisin və ətrafındakı yaxın insanların köməyilə bu vəziyyətdən can qurtara bilərlər. "Shopaholic”lərə gündəlik ehtiyacı olan sevgi, qayğı, diqqət kimi hissləri çatdırmaq, bu insanların əhəmiyyətli biri olduğunu onlara təlqin etmək ən yaxşı xilas yolu ola bilər. 


Arzu Mirzəyeva

Medicina.az