Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağcaqanadların səbəb olduğu qaşıntı və şişlikdən xilas olmağın TƏBİİ ÜSULLARI

  • 2018.05.29 12:17
  • 21074 Baxış
Ağcaqanadların səbəb olduğu qaşıntı və şişlikdən xilas olmağın  TƏBİİ ÜSULLARI
Yaz-yay aylarının qorxulu röyası olan ağcaqanadlar bir çox evin bəlasıdır. Dişlədiyi yerlər isə şişib qaşınaraq diskomfort hissi yaradır.

 

Bəs qaşınma və şişkinliyi necə azaltmalı?

 

Medicina.az xəbər verir ki, təbii vasitələrlə bunun həlli mümkündür.

Həmin üsulları təqdim edirik:


Soda - Yarım stəkan suda 1 ç.q. soda əridin, məhlulda pambıq isladın və dişlənmiş yerlərə çəkin.



Spirt - Dişlənmiş yerlərə spirt və ya araq çəkin.


Buz - Buzu dəsmala bükün və zədələnmiş dəridə 10-15 dəqiqə saxlayın.


Qatıq - Ağcaqanadın dişlədiyi yerə soyuq qatıq və ya xama çəkin.


Aspirin - 1 həb aspirini əzin, az miqdarda su ilə qarışdırın, alınmış qarışığı dişlənmiş yerlərə çəkin.