Türkiyənin tanınmış aktrisası Leyla Bilginel ölümlə pəncələşir.
Medicina.az xəbər verir ki, aktrisa 3 il əvvəl oğlu ilə birlikdə Tailanda köçüb. Hazırda xəstəxanada olan Bilginel malyariya xəstəliyinə yoluxub. Ağcaqanad sancmasından əziyyət çəkən aktrisa, hamıya diqqətli olmağı məsləhət görüb:
"Dişlərim bir-birinə dəydiyi üçün danışa da bilmirəm. Bir ağcaqanadın sancması ilə bu hala gəlmişəm. Bura gələndə çox diqqətli olun”.