Rostov Don şəhərinin sakini şəhər ətrafına piknik zamanı ağcaqanad dişləməsidən sonra gözünün üstündə şişkinlik, qızartı görür. Sanki dərinin altında nəsə hərəkət edirdi. Ağcaqanad dişləməsindən 10 gün keçməsinə baxmayaraq şişkinlik kemirdi. Bİrdən-birə dodağının üstü də şişən qadın həkimə gedir.
Medicina.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müayinə zamanı dərialtı şişdə Dirofilaria repens adlı parazitar qurdlar aşkarlandı. Rostov Dövlət Tibb Universiteti xəstəxanasının həkimləri qurdları xaric edib. Onlar bildirib ki, bu qurdlar itlərdə yaşayır, itdən daşıyıcı isə ağcaqanadlardır.
İti dişləyən ağcaqanad bu parazitə yoluxub sonradan onu insana keçirir. Bu parazitlər yalnız əməliyyat ilə xaric olunur, müayinə metodu isə USM müayinədir.
Odur ki, istirahətdə olarkən adi ağcaqanad dişləməsinin hər hansı fəsadını görsəniz, vaxt itirməyin. Həkimə müraciət edin.