Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağcaqanad dişləməsinin qorxunc fəsadları: siz də bilin

  • 2017.08.11 12:28
  • 12167 Baxış
Ağcaqanad dişləməsinin qorxunc fəsadları:  siz də bilin
Köln sakini olan qadın ağcaqanad dişləməsi nəticəsində hər iki ayağından və sol əlindən məhrum olub.


Ağcaqanadın dişlədiyi yer əvvəlcə şişib. 43 yaşlı qadının başı gicəllənməyə, sümükləri isə ağrımağa başlayıb.


Nəticədə qadın xəstəxanaya düşüb, lakin onda heç bir xəstəlik aşkarlanmayıb. Lakin onun vəziyyəti getdikcə pişləşib və qadın komaya düşüb.


Bir həftə ərzində qadın əl-ayağı qaralıb. Həkimlər onun ayaqlarını və bir qolunu kəsmək qərarına gəliblər. Beləliklə, qadın sağ qalıb.


Həkimlərin fikrincə, ağcaqanadın dişləməsi nəticəsində qadının qanına infeksiya düşüb.


Alman qadın hər kəsə belə hallarda dərhal reaksiya verməyi məsləhət görüb.