Dietoloq sıradan bir pəhriz yazan deyil. O həm də həkim olmalıdır.
Diyetoloqa təkcə arıqlamaq istəyənlər yox, istənilən sağıam insan və ya hər hansı xəstəliyi olan pasiyentlər də müraciət etməlidir.
Medicina.az tanınmış dietoloq həkim, inanılmaz nəticələri ilə seçilən Rəna Həsənova ilə müsahibəsində arıqlamaq və qidalanma yolunda yol verilən səhvlərdən söz açıb.
Həkim Azərbaycanda qadın və kişilərin piylənmə, artıq çəki və xəstəliklərinin əsas səbəblərini də açıqladı.
İnsanlar tənbəlləşib, oturaq rejimdə əldə telefon gün ərzində 1000 addım belə atmırlar.
Bu da metobolizmanı pozur.
- Rəna həkim, sizə bir dietoloq kimi daha çox kimlər müraciət edir? Dietoloq həm də bir həkim olmalıdır, lakin bu gün sosial şəbəkələrdə blogerlər, modellər, hansısa pəhrizlə arıqlayanlar marafonlar açır, insanları cəlb edirlər. Bu nə dərəcədə doğrudur?
- Diyetoloqa müasir zamanda nəinki böyüklər, hətta uşaqlar da müraciət etməlidir. Son zamanlar mənə nəinki xanımlar, kişilər də müraciət edir.
Azərbaycan kişiləri həmişə yeyib içməyə meyilli olub. Qarının çıxmasını, böyük olmasını isə fəxrlə qarşılayıblar və zarafatca “kişinin qarnı onun balkonudur, kişi qarınlı olar” deyiblər. Amma zaman göstərir ki, qarın kişinin ölüm səbəbi ola bilər.
Çünki şişmanlıq, piylənmə ürəkdə infarkta, insulta, şəkərli diabetə səbəb olur.
Bir çox xroniki xəstəliklərin səbəbi də iltihabdır. İltihab isə zərərli qidalanmadan qaynaqlanır. O qədər fast-fudlara, zərərli qidalara üz tutmuşuq ki, piylənməsi olmayan insan yoxdur. Yuxusuzluq, əsəb, stress sindromları, hazırda pandemiya ilə əlaqədar psixoloji vəziyyət də xroniki gizli iltihablaşmaya səbəb olur.
Bununla zarafat etmək olmaz. İlk öncə stress faktoru aradan götürülməlidir, yuxu qaydaya salınmalıdır, təmiz havada çox olmaq lazımdır.
Bu xəstəliklər hətta qəfil ölümə belə gətirib çıxara bilər.
Qidalanmanı qaydaya salmaq və piylənmə ilə mübarizə üçünsə bizim İNBODY 270 aparatımızdan keçib, düzgün qidalanma rasionu seçilməlidir.
İnsanlar tənbəlləşib, oturaq rejimdə əldə telefon gün ərzində 1000 addım belə atmırlar. Bu da metobolizmanı pozur.
İnsan daim hərəkətdə olmalıdır ki, qan dövranı aktiv olsun. Yeməklər o dərəcədə nizamsız və çox yeyilir ki, beyinə doymaq siqnalı belə çatmır.
O ki qaldı dietoloq həkim. Bəli, tibbi savadı olmalıdır.
Bu gün instagramda, facebookda özünə qida mütəxəssisi deyən, həkim olmayan dietoloqlar, özlərindən dietalar təqdim edənlər, blogerlər çoxalıb. Və onlar müxtəlif dərmanları, çayları reklam edirlər.
Bunların çoxu səhvdir. Heç bir effekti olmur.
Kimə nə gəldi vermək olmaz. Bunun xeyrindənsə, fəsadını görürlər. İnsanların həyatı, sağlamlığı ilə risk etmək olmaz.
İnsanın həyatını məhv edən 3 akula var: yuxusuzluq, stress və yanlış qidalanmaq.
- Hansı növ piylənmə daha təhlükəlidir? Və diyetoloqa getmək üçün çəkinin 80-90 kq –a çatmasını gözləmək lazımdırmı?
- Adətən çox insan tərəziyə çıxır ki, artıq çəkimiz var, arıqlaya bilmirik. Biz isə piylənməni gizli olan yerlərdə görürük.
Elə insan var, çəkisi ideala yaxındır, amma yoxlayanda iç abdominal piylənmə aşkar edirik, obezite yaxındır.
Deməli, bu insan xaricən normal görünsə də, əslində piylənməsi var, metobolizmi işləmir.
Buna da səbəb pis qidalanmaq, stress, yuxusuzluqdur.
Mən həmişə qeyd edirəm ki, insanın həyatını məhv edən 3 akula var: yuxusuzluq, stress və yanlış qidalanmaq. Bunlar bir birinə bağlıdır. Ac qalmaq olmaz. və ya normal yeyir, yuxusu yoxdur, yenə də faydası olmayacaq.
Gənclər elə bilir ki, yeməsəm, ac qalsam arıqlayacam. Xeyr, əksinə, bədən ac qaldıqda qaraciyər daha çox dəriatı və iç piylənmə depolayır.
Və yaxud 1 ay qarabaşaq, qatıq, qarpız yeyim, arıqlayım. Rəfiqəmin dietasını saxlayım, arıqlayım. İnsan bədəni ac qaldıqda əzələ kütləsindən itirir, çəki gedə bilər, amma bu yalançı çəkilərdir və dieta pozulan kimi 2 günə həmin çəkilər ikiqat geri qayıdır. Ac qalmaq insanı halsız edir, anemiya yaradır.
Mən pasiyentlərimin çoxunda abdominal piylənməni məhv edirik. İtirilən çəkilər geri qayıtmır.
Biz 2 aya arıqlamışıqsa, 1 il çəkini nəzarətdə saxlamalıyıq.
- Mədəkiçiltmə əməliyyatı keçirtmədən 150 kq çəkisi olan insan pəhrizlə arıqlaya bilərmi? Təcrübənizdə belə pasiyentlər olubmu?
- Hazırda çəkisi 100 kq-ı keçən insanların bir ümid yeri də var. Mədəmi kiçildərəm. Bu da çox ağır əməliyyatdır. Bizim təcrübəmizdə hətta mədəkiçiltmə əməliyyatına göstəriş olan ağır çəkili insanların da düzgün qidalanma ilə arıqlamasına nail olmuşuq.
Mmədə kiçiltmə əməluyyatına gedən xəstə öncə dietoloq müalicəsindən keçməli, arıqlamalıdır.
Bir pasiyentimiz olub əməliyyata getməliydi, 160 kiloqram idi. Onu pəhrizlə 50 kq arıqlatdıq.
Ümumiyyətlə, çəkisi 120-ni keçən insanlarda arıqlama daha sürətlə olur.
Mədə əməliyyatı həmişə var. Buna tələsməsinlər.
Bəzən cərrahlar özləri xəstəni əməliyyatdan öncə bizə yönləndirir. Çünki dieta ilə arıqlamağa tabe olan xəstəyə əməliyyat gərəkli olmur.
Xəstələr bu yolu asan, rahat hesab edir. Lakin unudurlar ki, mədəni əməliyyatından sonra ciddi pəhrizdə olmalıdırlar. Hər bir yolun sonu düzgün qidalanmadır.
Ən ağır çəkili pasiyentimiz bir bəydir -198 kq. 1 ildir onunla çalışırıq, hazırda 98 kiloqramdır.
- Qadınlarda artıq çəkiyə gətirin çıxaran səbəblər hansılardır?
- Birincisi genetika, 20-30 faiz rol oynayır.
İkincisi hamiləlik və südvermə dönəmində düzgün qidalanmamaq.
Gənc xanımlarda yuxusuzluq, stress, yorğunluq, ac qalmaq artıq çəki və piylənməyə səbəb olur.
Eləcə də qadınlarda çəkini idarə edən bir səbəb də hormonlardır. Hormonal disbalans həm arıqlamağa, həm kökəlməyə səbəb olur. Ona görə qadınlarda hormonal müayinə mütləqdir.
- Uşaqlarımızda vəziyyətr necədir. Mənə elə gəlir, uşaqlar artıq piylənmə ilə doğulur.
- Bəli. Körpələrdə piylənmənin əsası ana bətnində döl ikən qoyulur.
Biz doğulduğumuz zaman bədənizmidə 40 milyon sayda piy hüceyrələri ilə doğuluruq. Bu say həyatımız boyu azalmır, yoxa çıxmır. Sadəcə ölçüsü şar kimi yığılır, kiçilir, böyüyür.
Bəzən xanımlar liposaksiya və estetik əməliyyatla qarın piylərini götürür və düşünür ki, xeyli piydən azad oldu, daha olmayacaq. Xeyr, piy hüceyrələrimiz azalmır, itmir. Onlar başqa yerdə qollarda, sinədə, kürəkdə hətta buxaqda yığılır.
Bunun qarşısını almaq ancaq düzgün qidalanma ilə mümkündür.
Həkimlə əlaqə: 070 750 01 23