Braziliyalı alimlər aclığın saçların sürətli uzanmasını təmin etdiyini müəyyən ediblər.
Medicina.az xəbər verir ki, iki qrup siçan üzərində təcrübələr aparılıb. Bir qrup heyvana az yemək yedizdirilsə də, digər qrupdakı siçanlar nizamlı bir şəkildə qidalanıb. Altı aylıq dövr ərzində normal qidalanmanın yalnız 60%-i təmin olunan siçanlar iki kilo arıqlasalar da, heyvanların dəri təbəqəsinin qalın, tüklərinin uzanmış olduğu ortaya çıxıb.
Alimlər bu dəyişikliklərin siçanların yeni qidalanma rejiminə adaptasiyası nəticəsində baş verdiyini düşünürlər.
Siçanların bədən temperaturunu sabit saxlamaq üçün daha az enerji sərf etməsinin tüklərin sürətli uzanmasını təmin etməsi fikrini bildirən braziliyalı mütəxəssislər, bu vəziyyətin insana da aid olduğunu qeyd edirlər.