Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ac olanda yeməkdən qaçmaq üçün – Hiylələr

  • 2023.07.20 11:32
  • 1574 Baxış
Ac olanda yeməkdən qaçmaq üçün  – Hiylələr
Artıq çəkili insanlar həmişə zərərli qidalara meyillidirlər.

Arıqlamaq istəyənlər üçün yemək istəyi bir nömrəli düşməndir. Yemək istəyi ilə mübarizə aparmağın bir çox yolu var. Ac olanda çox yeməkdən qaçmaq üçün hiylə işlədə bilərsiniz.


“Medicina” xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryovanın sözlərinə görə, psixikanı aldada və aclıq hissini yox edə biləcəyiniz hiylə kəşf olunub:

“İstər sosial mediada, istər televiziyada, istərsə də jurnallarda hər gün iştahgətirici fast food reklamları ilə qarşılaşırıq.
Yemək fotoşəkillərinin aclıq hissini artırdığını düşünən hər kəs yanılır. Yemək fotoşəkilləri hətta aclığınızı təmin edə bilər, xüsusən də onlara təkrar-təkrar baxdığınız zaman.


Araşdırma nəticəsində məlum olub ki, insanlar yemək şəklinə 30 dəfədən çox baxdıqda, toxluq hissi keçirirlər. Bu təsir qida qəbulu olmadan baş verir və yalnız təsvirin təkrar baxılması ilə əlaqəli olduğu deyilir.

Yemək fotosuna baxmaq beynin yemək bölgəsini stimullaşdırır. Yemək yeməsək də, toxluq hissi yaradır. 30 pizza fotosuna baxsanız, pizzaya daha az həvəsli ola bilərsiniz, şirniyyata daha az həvəs göstərə bilərsiniz.


Tədqiqatçıların bu kəşfindən hər kəs öz xeyrinə istifadə edilə bilər. Şokolada qarşı zəifliyiniz varsa, şokolad həvəsiniz bitənə qədər onun bir neçə fotosuna baxmağa çalışın”.

Günay Quluzadə