Amerikalı alimlər insanda yaşayan mikrobların əhval-ruhiyyəyə təsir etmək qabiliyyətini, əsasən də aqressiya yaradan səbəbi aşkar ediblər.
Ac olduqda aqressiv olmanın səbəbi Clostridium perfringens bakteriyasıdır.
“Medicina” xəbər verir ki, aqressiya növlərinə görə beş yerə bölünürlər:
1. Fiziki aqressiya-fiziki təsir;
2. Dolayısı aqressiya-gizli yolla konkret şəxsə yönləndirilməyən aqressiya;
3. Qıcıqlanma- xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslıq, qızğın emosional reaksiya;
4. Şifahi (verbal) aqressiya-neqativ hisslərin söz üsulu ilə büruzə verilməsi;
5. Neqativizm - qoyulmuş qaydalara qarşı passiv və ya aktiv şəkildə göstərilən əks reaksiya.
Torpaqda yaşayan çubuqşəkilli bakteriya olan Clostridium perfringen qida maddələri olmadıqda insanı qıcıqlandıran zərərli toksinlər çıxarır.
Bununla belə, elm adamları prosesi ləngitməyi öyrəniblər. Bu kəşfin antibiotiklərsiz heyvanlar və insanlar üçün yeni müalicə üsullarının tapılmasına kömək etdiyi güman edilir.
Günay Quliyeva